Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı
Gündəm
Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev işdən çıxıb.
News24.az xəbər verir ki, onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, A.Nağıyev bu vəzifəyə 2024-cü ildə təyin edilmişdi. O, daha əvvəl “Azərsun Holdinq” MMC, “Central National Gottesman Inc”, “PAŞA Bank” ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib.(report)