Məşhur bankın rəhbəri - SAXLANILDI
Gündəm
"Swedbank"ın keçmiş rəhbəri Estoniyada çirkli pulların yuyulmasına görə həbs edilib.
News24.az "Sputnik"ə istinadən xəbər verir ki, Birgitte Bonnesen günahkar bilinərək bir il üç ay həbs cəzası alıb.
Beləliklə, İsveç məhkəməsi daha əvvəl verilmiş bəraət hökmünü ləğv edib.
İsveçin ən qədim bankının direktorlar şurası çirkli pulların yuyulması qalmaqalı fonunda Birgitte Bonneseni vəzifəsindən azad edib.
"Swedbank" daha sonra Clifford Chance hüquq firmasından bankın Estoniya da daxil olmaqla Baltikyanı ölkələr vasitəsilə 2014-2019-cu illər arasında çirkli pulların yuyulması riski yüksək olan 37 milyard avro dəyərində əməliyyatlar həyata keçirdiyini müəyyən edən hesabat sifariş etdi.
Aqil Qarayev