Metronun fəaliyyəti niyə dayanmışdı? - Səbəb açıqlandı
Gündəm
Bakı metrosunun bütün stansiyalarında hərəkətin dayandırılmasının səbəbi açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metroda texniki insident tuneldə aralıq kabeldə baş vermiş qısaqapanma nəticəsində yaranıb.
"Bugünkü hadisə baş verən zaman xətdə 30 qatar olub. Onlardan 4-ü tuneldə qalıb və sərnişinlərin təxliyəsi Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib", - deyə o qeyd edib.