Məzahir Pənahov MSK-dan gedəcək? - Özü açıqladı
Gündəm
"Mərkəzi Seçki Komissiyasını parlament formalaşdırır"
News24.az xəbər verir ki, bunu Mərkəz Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
"Məcəllədə yazılıb. 5 ildən bir olmalıdır", - deyə M.Pənahov bu il MSK-nın səlahiyyət müddətinin başa çatması ilə bağlı suala cavabında bildirib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur.//"Unikal