“Mikayıl Cabbarov xahiş etdi ki…” - Məleykə Abbaszadə

“Mikayıl Cabbarov xahiş etdi ki…” - Məleykə Abbaszadə Gündəm

“Buraxılış imtahanlarında üç fənnin seçilməsi kifayət qədər məsuliyyətli və müzakirəli proses olub”.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DİM-in sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, iki əsas fənn üzrə qərar verilməsi nisbətən asan olub və bunlar Azərbaycan dili və riyaziyyatdır:

“Lakin üçüncü fənnin müəyyənləşdirilməsi daha çətin və mübahisəli məsələ kimi gündəmə gəlib. Müxtəlif təkliflər irəli sürülüb və hansı fənnin seçilməsinin daha məqsədəuyğun olduğu uzun müddət müzakirə edilib. İlkin mərhələdə xarici dilin buraxılış imtahanlarına daxil edilməsinə tam müsbət yanaşma olmayıb”.

Məleykə Abbaszadə qeyd edib ki, zaman keçdikcə məsələyə yenidən baxılıb və nəticədə ən uyğun variantın məhz xarici dil olduğu qənaətinə gəlinib:

“O dövrdə təhsil naziri olan Mikayıl Cabbarov da üçüncü fənn kimi xarici dilin seçilməsini məqsədəuyğun hesab edib və xahiş edib ki, üçüncü fənn xarici dil olsun”.