Məktəblərdə “Süni intellekt” ayrıca fənn olacaq? - Nazirlikdən AÇIQLAMA

Məktəblərdə “Süni intellekt” ayrıca fənn olacaq? - Nazirlikdən AÇIQLAMA Gündəm

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, “Süni intellekt” ümumi təhsil pilləsində ayrıca fənn kimi müəyyən edilməmişdir.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən hazırda süni intellekt üzrə ayrıca dərsliyin hazırlanması nəzərdə tutulmur. Bununla belə, süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizliklə bağlı məzmunun informatika fənni çərçivəsində mərhələli şəkildə genişləndirilməsi istiqamətində işlər davam etdirilir.