"Modern.az" saytı 16 yaşında!
Gündəm
Bu gün – sentyabrın 1-də Modern.az xəbər portalı fəaliyyətə başlamasının 16-cı ildönümünü qeyd edir.
News24.az xəbər verir ki, ötən illər ərzində sayt müxtəlif layihələri, fərqli yanaşmaları, müsahibə və araşdırmaları ilə oxucular arasında geniş auditoriya qazanıb. Operativ xəbər istehsalı və peşəkar təqdimatı ilə seçilən Modern.az media məkanında özünəməxsus yer tutub.
News24.az kollektivi həmkarlarını bu münasibətlə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!