Moldovalı nazir rus dilində səslənən sualı yarıda kəsdi: "Başa düşmürəm, rumınca soruşun"
Gündəm
Moldovalı nazir rus dilini unutdu - Görüntülər gündəm oldu
Moldovanın müdafiə naziri Anatoli Nosatyi mətbuat konfransı zamanı rus dilində ünvanlanan suala cavab verməkdən imtina edib.
News24.az xəbər verir ki, "Newsmaker.md"-nin teleqram kanalında yayılan görüntülərə əsasən, jurnalist rus dilində sual səsləndirmək istəyib. Nazir isə onun sözünü kəsərək rus dilində nə dediyini başa düşmədiyini bildirib.
Bundan sonra jurnalist sualını rumın dilinə tərcümə edib. Nosatyi isə cavabına ironik şəkildə ona təşəkkür etməklə başlayıb:
“Rəsmi dildə - rumın dilində danışdığınız üçün çox sağ olun. Çox yaxşı danışırsınız”.
Qeyd edək ki, Moldova hökumətinin rəsmi saytında Anatoli Nosatyinin rumın, rus və ingilis dillərində danışdığı bildirilir.