“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Gündəm

“AzerGold” QSC və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələrin və ipək və yundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, “Nadir incilər – ipəklə gümüşün harmoniyası” adlı tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycanda biomüxtəlifliyin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O qeyd edib ki, vəhşi təbiətin mühafizəsi həm istehsal proseslərində, həm də sosial layihələrin icrasında əsas prinsiplərdən biridir.

Z.İbrahimov IDEA İctimai Birliyinin bu sahədə həyata keçirdiyi layihələri xüsusi vurğulayaraq, təşkilatın təşəbbüslərinin nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə yeni həyat, təbiətə isə ümid qazandırdığını diqqətə çatdırıb. O, həmçinin IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın bu istiqamətdəki fəaliyyətinin yeni layihə üçün əsas ilham mənbəyi olduğunu bildirib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov isə çıxışında 3D texnologiyası ilə yun və ipəkdən toxunmuş xalçaların iki milli brendin vəhşi təbiətin qorunmasına dair ortaq mesajını estetik və bədii formada ifadə etdiyini söyləyib. O qeyd edib ki, bu birgə təşəbbüs Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub.

Emin Məmmədov “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi olduğunu vurğulayaraq, sərgidə nümayiş etdirilən Qarabağ xalçalarının tarixi barədə də qısa məlumat verib və qurumun gələcək planlarından danışıb.

Qeyd edək ki, kolleksiyaya daxil edilən ceyran, bəbir və bezoar keçisi həm Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına nəsli kəsilmək təhlükəsi olan canlılar kimi daxil edilib. Yeni nəsil gümüş sikkələr “Smartminting” texnologiyası ilə, 2 unsiya çəkidə, yüksək keyfiyyətli gümüşdən və 3D formatda hazırlanıb.

Tədbir çərçivəsində hər iki milli brendin eyni mövzuda ərsəyə gətirdiyi məhsullara dair videoçarxlar nümayiş olunub. Sonda iştirakçılar yeni kolleksiya nümunələri, eləcə də müxtəlif sikkə, külçə və xalça çeşidləri ilə yaxından tanış olublar.

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib “Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib