Naxçıvanda bu məktəblərə direktorlar təyin olundu

Naxçıvanda bu məktəblərə direktorlar təyin olundu Gündəm

Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.

News24.az xəbər verir ki, müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti qeydə alınıb.

Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb. Nəticədə 6 nəfər uğur qazanmış şəxslərdən  4-ü müvafiq qaydalar çərçivəsində vəzifəyə təyin olunub.

Uğur qazanan namizədlərdən:

Həsənov Həsən Məmməd oğlu  Heydər Əliyev adına tam orta məktəbə,

Quliyeva Günel Mirməhəmməd qızı Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə,

Əliyev Səfa Ruhulla oğlu  Şərur şəhər 2 nömrəli tam orta məktəbə,

Cəfərova İlahə Aydın qızı  Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunub.