Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi
Gündəm
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan Muxtar Respublikasında II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi (ikinci cəhd) keçirilib.
News24.az xəbər verir ki, imtahanlar 6 binada təşkil olunub.
İmtahanlarda ümumilikdə 1708 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 22 rəhbər və 171 nəzarətçi cəlb olunub.
İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.