Nazim İsayevə yüksək VƏZİFƏ verildi
Gündəm
Dövlət Gömrük Komitəsində rəhbər vəzifəyə kadr dəyişikliyi olub.
News24.az xəbər verir ki, Nazim İsayev Yevlax Gömrük Postunun rəisi vəzifəsindən azad edilib.
O, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun müvafiq əmri ilə qurumun Gəncə Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni təyin olunmuş Nazim İsayevlə görüşərək xidməti fəaliyyətində uğurlar arzulayıb.(unikal)