Nazir onu idarə rəisi təyin etdi

Nazir onu idarə rəisi təyin etdi Gündəm

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib.

News24.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub.

Qeyd edək ki, Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində çalışıb.

FHN-dən bildirilib ki, bununla bağlı əmr bir müddət əvvəl imzalanıb./Qaynarinfo/