"Neftçi" Premyer Liqada ardıcıl üçüncü qələbəsini qazandı

"Neftçi" Premyer Liqada ardıcıl üçüncü qələbəsini qazandı Gündəm

"Neftçi" Misli Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.

News24.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv XX turda "Kəpəz"lə üz-üzə gəlib.

"Ağ-qaralar" Yevlax şəhər stadionundakı qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

Bakı klubunun heyətində 27 və 38-ci dəqiqələrdə Bassala Sambu, 40-cı dəqiqədə Emin Mahmudov fərqlənib. Gəncə təmsilçisində Rauf Hüseynli 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, Məqsəd İsayev 72-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanda qovulub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Neftçi" hələlik 5-ci pillədə qərarlaşıb. Bakılılar əvvəlki turlarda "Qəbələ" (1:0) və "Araz-Naxçıvan"ı (4;0) üstələyib. "Kəpəz" isə 13 xalla 11-ci sıradadır.

Günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşacaq.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı (hər ikisi 1:0) məğlub edib.