Nəriman Həsənzadə reanimasiyadan çıxarıldı
Gündəm
Xalq şairi Nəriman Həsənzadə reanimasiyadan palataya köçürülüb.
News24.az xəbər verir ki, bu barədə şairin ailə dostu, bəstəkar-müğənni Arif Mehmandost məlumat verib.
Onun sözlərinə görə, N.Həsənzadəninin müaciləsi davam etdirilir və səhhəti yaxşılığa doğru gedir.
Qeyd edək ki, Xalq şairi səhhətinin pisləşməsi səbəbindən bir müddət öncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. O, böyrək çatışmazlığından əziyyət çəkir. (report.az)