Nəriman Həsənzadənin son durumu

Nəriman Həsənzadənin son durumu Gündəm

Bir müddət əvvəl Mərkəzi Klinikaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.

Qeyd olunub ki, şairin reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir:

“Xronik böyrək çatmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru növbəti dəfə icra oluna bilər. Vəziyyəti ağır stabil olaraq giymətləndirilir”.

Qeyd edək ki, 94 yaşlı şair 2 ay öncə böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.