Nəsrin Cavadzadənin toyudur - FOTOLAR
Gündəm
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailə qurur.
News24.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Akif Yaman məlumat yayıb.
O bildirib ki, Nəsrinin toy mərasimi bu gün Bodrumdadır.
Məlumatda qeyd olunur ki, Nəsrin Cavadzadə Kadir Taner Uçar ilə nikah masasına əyləşir.
Nəsrin özü də toydan paylaşım edərək, xəbəri təsdiqləyib. O, toy fotolarını bölüşüb.
Qeyd edək ki, Nəsrin Cavadzadə bir müddət əvvəl həmkarı Pamir Pekinlə eşq yaşasa da, cütlük münasibətlərini rəsmiləşdirmədən yollarını ayırmışdı.