"Nikosayağı"ndan diqqətçəkən addım - VİDEO
Gündəm
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirli uzun müddətdən sonra sosial media hesabında paylaşım etmişdi. O, "Instagram"da bundan öncəki bütün paylaşımları silmişdi.
"Nikosayağı" artıq həmin paylaşımını da "Instagram" və "TikTok" sosial şəbəkə hesablarından silib. Hazırda onun "Instagram" səhifəsində heç bir paylaşım mövcud deyil. "TikTok"da isə 2023-cü ilə qədər olan videoları qalır.
Xatırladaq ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində bloqerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Nikosayağı”ya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib.//Unikal