Noyabrın 7-də başlayıb 5 gün davam edəcək - Xəbərdarlıq
Gündəm
Sürətli Günəş küləyinin Yerə çatması nəticəsində noyabrın 7-nə keçən gecə planetimizdə maqnit qasırğalarının baş verəcəyi gözlənilir.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, nəzərəçarpacaq maqnit qasırğaları sürətli plazma axınının ön cəbhəsinin Yerə çatdığı vaxt, yəni noyabrın 7-nə keçən gecə başlayacaq.
Proqnoza əsasən, noyabrın 6-dan 7-nə keçən gecə Yer sürətli Günəş küləyinin təsir dairəsinə daxil olacaq və ən azı beş gün bu təsir altında qalacaq.
Geomaqnit vəziyyətin sonrakı inkişafı Günəş plazması axınının faktiki xüsusiyyətlərindən asılı olacaq.
Mütəxəssislər bir neçə gün davam edən maqnit qasırğalarının, eləcə də ayrı-ayrı geomaqnit pozuntularının baş verə biləcəyini istisna etmirlər.
Bildirilib ki, Yerin maqnit sahəsinin tam sabitləşməsi, ehtimal ki, gələn həftənin ikinci yarısından, noyabrın 13-14-dən tez baş verməyəcək.