"O vaxtdan Azərbaycanda yalnız bir şey dəyişməyib" - Səfir
Gündəm
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Azərbaycanla bağlı ilk təəssüratlarından və ölkənin son onilliklərdə keçdiyi inkişaf yolundan danışıb.
News24.az xəbər verir ki, səfir bunu Bakıda keçirdiyi mətbuat konfransında deyib.
D.Norman bildirib ki, o, ilk dəfə 1999-cu ildə həyat yoldaşı Kerri ilə birlikdə Azərbaycana gəlib.
Səfir bu ilin əvvəlində Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailənin yanında qaldığını da qeyd edib.
O vurğulayıb ki, bu gün gördüyü Azərbaycan 1999-cu ildə gördüyü ölkədən əhəmiyyətli dərəcədə fərqlənir:
“Bu gün gördüyüm Azərbaycan ilk səfərimdə təsəvvür edilməsi belə çətin olan şəkildə dinamik, müasir və dünya ilə bağlantıları olan ölkədir. Lakin bir şey heç dəyişməyib: Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi.”