Şok iddia: Rihanna da həmin sənəddə olub?

Şok iddia: Rihanna da həmin sənəddə olub? Gündəm

Ceffri Epşteynə aid sənədlərin yeni hissəsinin ictimaiyyətə açıqlanmasından sonra sosial mediada növbəti iddialar yayılıb.

News24.az xəbər verir ki, bu dəfə dünyaca məşhur müğənni Rihanna ilə bağlı olduğu iddia edilən bəzi ekran görüntüləri müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkədə paylaşılan görüntülərdə Rihannanın Jeffrey Epsteinə video göndərdiyi və ona zəng etdiyi iddia olunur. Lakin sözügedən materiallar rəsmi Epşteyn sənədlərinə daxil edilməyib və onların mənbəyi ilə həqiqiliyi indiyədək təsdiqlənməyib.

Beynəlxalq media orqanları yayılan iddialara ehtiyatla yanaşır. Xarici mətbuatda dərc olunan xəbərlərdə və təhlillərdə qeyd olunur ki, Rihanna ilə Jeffrey Epstein arasında hər hansı əlaqəni təsdiqləyən rəsmi və etibarlı sənəd mövcud deyil.