"Olay.az"ın 5 yaşı tamam olur

"Olay.az"ın 5 yaşı tamam olur Gündəm

Bu gün “Liatris Holding”in nəzdində fəaliyyət göstərən OLAY.az saytının 5 yaşı tamam olur.

News24.az xəbər verir ki, əsası 2021-ci ilin 4 oktyabrında iş xanımı Ruhiyyə Əliyeva tərəfindən təməli qoyulan media qrupu bu illər ərzində yüzlərlə fərqli, rəngarəng və sensasiyalı müsahibələr, özəl məlumatlar, eksklüziv açıqlamalar və xəbərlərlə oxucu qarşısına çıxır.

OLAY-a məxsus xəbərlər tək Azərbaycanda deyil, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin mediasında da boy göstərib.

Bu gün OLAY-ın aylıq görüntülənməsi 35 milyonu keçir, xəbərlər qısa zamanda gündəm olur.

Saytın baş redaktoru Pərviz Hüseyn, redaktoru Samirə Ərəblinskaya, tərcüməçi-müxbir isə Sənan Məmmədovdur.

News24.az olaraq "Olay"-ın yaradıcı heyətini təbrik edir, yeni-yeni uğurlar arzu edirik.