"Ölümündən sonra ora bircə dəfə gedə bildim" - Tənzilə Rüstəmxanlı

"Ölümündən sonra ora bircə dəfə gedə bildim" - Tənzilə Rüstəmxanlı Gündəm

"Həmişə Allaha yalvarırdım ki, mənə Könülü unutduracaq dərd vermə".

News24.az xəbər verir ki, bunu millət vəkili Tənzilə Rüstəmxanlı Ruhiyyə Əliyevanın təqdimatında RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişinə deyib.

Tənzilə Rüstəmxanlı müsahibəsində bacısı Könüllə bağlı xatirələrini bölüşərək onların izdivacının ailə böyüklərinin qərarı ilə baş tutduğunu bildirib:

"Könüllə Şahbazın evliliyini Sabir bəyin atası Xudu əmi istəmişdi. Könül çox gözəl qadın idi. Atamız həmişə deyirdi ki, Könül qızların şahıdır. O qəzadan sonra mən Yardımlıya sadəcə bir dəfə getmişəm".

Tənzilə Rüstəmxanlı həmçinin bacısı ilə bağlı təsirli bir hadisəni də paylaşıb. Onun sözlərinə görə, ailə yaxınlarından biri gecə yuxuda Könülü görərək qəribə bir mesaj alıb:

"Dostumuz zəng edib dedi ki, yuxusunda Könülü görübmüş. Könül ona qızıl güllər verib və tapşırıb ki, mənimlə görüşüb sözlərini çatdırsın".