Orxan Lökbatanlı qəmli şeirləri bu xanıma HƏSR EDİRMİŞ - İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ

Orxan Lökbatanlı qəmli şeirləri bu xanıma HƏSR EDİRMİŞ - İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ Gündəm

Tanınmış meyxanaçı Orxan Lökbatanlı mayın 31-də Bakıdakı Yaşıl Teatrda “Qaranlıq Gecə” adlı solo konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, gecə boyunca sənətçi “Hardadı yarım”, “Qaranlıq gecə” və digər məşhur ifalarını canlı səsləndirib.

Tədbirdə diqqət çəkən məqamlardan biri də Orxan Lökbatanlının həyat yoldaşı Günay xanımla birlikdə iştirak etməsi olub. Sənətçinin ömür-gün yoldaşı sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib.

İzləyicilər həR iki şəxsin 106 nömrəli məktəbdə oxuduğunu və Orxan Lökbatanlının həmin dövrlərdən Günay xanımı sevdiyini qeyd ediblər.

Onların sözlərinə görə, bu, tanınmış meyxanaçının ikinci evliliyidir.

Konsertdən yayılan görüntülərdən sonra sosial media istifadəçiləri Günay xanımın zərif görünüşü və gözəlliyi ilə bağlı çoxsaylı rəylər paylaşıblar. İzləyicilər cütlüyə xoş arzularını çatdıraraq onların bir-birinə yaraşdığını qeyd ediblər.