“Övladlarıma uzanan hər namərd əlin qarşısında dağ olaram” - Tənzilə Rüstəmxanlı
Gündəm
"Mən sevgiyə çox böyük hörmətlə yanaşdığım üçün övladlarımın seçiminə də sayqılı oldum".
News24.az xəbər verir ki, bunu millət vəkili Tənzilə Rüstəmxanlı Ruhiyyə Əliyevanın təqdimatında RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişinə deyib.
Deputat açıqlamasında bildirib ki, bəzi hadisələrdə müdaxilə etmək imkanının olsa da, onları özlərinə buraxmağı üstün tutub:
"Bəlkə də bəzi şeyləri dəyişmək şansım olsaydı, edərdim. Amma bəzi şeyləri onların özlərinə buraxmaq istədim. Yaxşı ki, buraxmışam. Çünki onların gələcəkdə yaşadıqlarının günahkarı olmamaq üçün Allah məni buna məcbur edib. Mövzu övladlarımdırsa, kimsənin gözünü yaşına baxmaram. Övladlarıma uzanan hər hansı namərd bir əlin qarşısında dağ olaram".
Deputat sözlərinin sonunda övladlarının gələcəyini qorumağın hər bir valideyn üçün önəmli məsuliyyət olduğunu qeyd edib və bunun üçün lazım gəldikdə sərt addımlar atmaqdan çəkinməyəcəyini bildirib.