"Özbəkistanda inşa edilən mənzillərin sayı 5 dəfədən çox artıb" - Özbəkistanlı nazir

"Özbəkistanda inşa edilən mənzillərin sayı 5 dəfədən çox artıb" - Özbəkistanlı nazir Gündəm

Mənzil islahatı proqramının həyata keçirilməsi bir çox inkişaf etməkdə olan ölkələr üçün mühümdür.

News24.az xəbər verir ki, bunu Özbəkistan iqtisadiyyat və maliyyə nazirinin birinci müavini İlhom Norkulov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyası deyib.

Onun sözlərinə görə, bu proqramın həyata keçirilməsi yalnız Özbəkistan üçün deyil, bir çox inkişaf etməkdə olan ölkələr üçün də mühümdür: "Xüsusilə də, ipoteka bazarını dayanıqlı və sabit şəkildə inkişaf etdirmək, sıravi insanların öz evlərini ala bilməsi və ya ev üçün kredit əldə etməsi üçün daha çox imkanlar yaratmaq baxımından labüddür".

O qeyd edib ki, Özbəkistanda 2017-ci ilin əvvəlindən başlayan yeni islahatlar dövründə inşa edilən evlərin, xüsusilə də mənzillərin sayını ildə 5 dəfədən çox artırıb: "Belə ki, əgər əvvəllər illik tikinti təxminən 15-20 min mənzil təşkil edirdisə, ötən il bu rəqəm 100 mindən çox olub. Bu il isə biz 140 mindən çox mənzilin injşa edilməsi planlaşdırılır. Lakin əhalinin artım tempi ilə müqayisə etdikdə, hər il Özbəkistanda bir milyon körpə dünyaya gəlir. Yəni real artım tempi 1,8 %-dir və yeni ailə quranların sayı təxminən 270 mindir. Bu səbəbdən də, inşa edilən evlərin sayının 5 dəfə artmasına baxmayaraq, hələ də kifayət olmaya bilər".