Özgür Özel və 91 deputat CHP-dən istefa verdi

Özgür Özel  və 91 deputat CHP-dən istefa verdi Gündəm

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) 91 millət vəkilinin, o cümlədən partiya sədri Özgür Özelin istefa verdiyi bildirilir.

News24.az xəbər verir ki, istefalar nəticəsində CHP-nin Türkiyə Böyük Millət Məclisindəki mandat sayı 135-dən 44-ə enəcək. Bu halda partiyanın parlamentdə əsas müxalifət statusunu itirəcəyi, Özgür Özelin rəhbərlik edəcəyi yeni siyasi qüvvənin isə deputat sayına görə əsas müxalifətə çevriləcəyi iddia olunur.

Bildirilir ki, istefa prosesində son addımı Özgür Özel atıb. O, digər 91 deputatın elektron hökumət sistemi üzərindən prosedurları tamamlamasından sonra istefasını rəsmiləşdirib.

Məlumata əsasən, bu gün deputatlar imzalanmış istefa ərizələrini Türkiyə Böyük Millət Məclisinin sədrinə və digər aidiyyəti qurumlara təqdim edəcəklər./HaberGlobal/