Paraqvay Azərbaycana fəxri konsul təyin etdi

Paraqvay Azərbaycana fəxri konsul təyin etdi Gündəm

Paraqvay Azərbaycana fəxri konsul təyin edib.

News24.az xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna müsahibəsində bu ölkənin mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib.

O bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib.

“İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək”, - səfir deyib.