Parkda gecələyən azyaşlının valideyni cəzalandırıldı
Gündəm
Atalığından qorxduğu üçün parkda gecələyən, daha sonra sığınacağa yerləşdirilən azyaşlının valideyni barəsində inzibati tədbir görülüb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.
"İddialar və digər xüsuslar yoxlanılıb. Noyabrın 15-də həmin azyaşlı Nəsimi rayonu ərazisində yerləşən parkların birində polis tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Onun dilənçilik edən və tüfeyli həyat tərzi sürən valideyni barəsində isə müvafiq inzibati tənbeh tədbiri tətbiq olunub", - deyə o bildirib.