Paşinyanla Əliyevin Dubayda planlaşdırılan görüşü barədə Ermənistandan - RƏSMİ AÇIQLAMA

Paşinyanla Əliyevin Dubayda planlaşdırılan görüşü barədə Ermənistandan - RƏSMİ AÇIQLAMA Gündəm

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Middle East Eye” qəzetinin Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin iyulda Dubayda görüşməyi planlaşdırması ilə bağlı dərc olunan xəbərinə münasibət bildirib.

News24.az xəbər verir ki, "Armenpres"-in bu mövzu ilə bağlı sorğusuna cavab olaraq, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib:

“Baş nazirin səfərləri ilə bağlı etibarlı məlumatlar vaxtında verilir”.

Qeyd edək ki, "Middle East Eye" öz mənbələrinə istinadən yazıb ki, Birləşmiş Ərəb Əmirlikləri iki Qafqaz ölkəsi arasında münasibətlərin yaxşılaşdırılması səyləri çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşünü keçirmək istəyir.

Bu kontekstdə sayt xatırladıb ki, iyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb. 

Middle East Eye bu telefon danışığı ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatından aşağıdakı fraqmenti sitat gətirib: “Nazir Mirzoyan və Şeyx Abdullah bin Zayed Əl Nəhyan Cənubi Qafqaz və Yaxın Şərqdə sülhün təmin edilməsi səyləri barədə fikir mübadiləsi aparıblar”.