Paşinyan 28 il əvvəl 20 Yanvar haqda bunları demişdi - Video

Paşinyan 28 il əvvəl 20 Yanvar haqda bunları demişdi - Video Gündəm

Ermənistan Baş naziri Nikol Paşinyan 20 Yanvar faciəsi ilə bağlı 28 il əvvəl etdiyi etiraf yenidən gündəmə gəlib.

News24.az xəbər verir ki, həmin etiraf Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar çap olunan “Molorak” qəzetində çap olunmuşdu.

11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bildirmişdi.

O qeyd edib ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

Bakıdakı faciəli 20 Yanvar barədə isə Paşinyan bunları yazmışdı:

“Bakıda həlak olanların, küçələrdə qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm. Yanvarın 20-də Bakıdakı qurbanların xatirəsini bir anlıq sükutla yad etdim”. (Modern.az)