Paşinyandan Azərbaycanla bağlı açıqlama

Paşinyandan Azərbaycanla bağlı açıqlama Gündəm

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya prosesinin yaxın zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıb.

News24.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, sənədin imzalanması Ermənistan dövlətçiliyinin uzunmüddətli gələcəyinin təmin olunması baxımından mühüm addım olacaq.

“Bu baş verdikdən sonra Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoyduğumuzu deyə biləcəyik”, – deyə baş nazir qeyd edib.

O, sülh sazişinin imzalanması perspektivini daha əvvəl səsləndirdiyi “İlk dəfədir ki, tarixi təkrarlamır, onu yaradırıq” fikri ilə də əlaqələndirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə paraflanıb. Hazırda tərəflər sənədin imzalanması və ratifikasiyası ilə yanaşı, sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası istiqamətində də müzakirələri davam etdirirlər.