Peşə təhsili ixtisasları üzrə xərclər müəyyənləşdi

Peşə təhsili ixtisasları üzrə xərclər müəyyənləşdi Gündəm

Peşə təhsili ixtisasları üzrə xərcləri miqdarı müəyyənləşib.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq Qərarı ilə "Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı"nın və "Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2023-cü il14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilib.

Qərara əsasən, qaydalara aşağıdakı məzmunda 169-193-cü hissələr əlavə edilib:

169. 3D rəqəmsal oyun dizayneri - 1 860

170. Alternativ enerji qurğu və avadanlıqlarının istismarı - 2 470

171. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator - 1 280

172. Bədii tikmə ustası - 1 930

173. Daş memarlıq abidələrinin bərpaçısı - 1 650

174. Dronların texniki xidməti və təmiri üzrə texnik - 2 390

175. Elektrik sayğacları texniki - 2 580

176. Elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik - 2 710

177. Günəş panelləri quraşdırıcısı və təmirçisi - 2 580

178. İstehsalata rəqəmsal nəzarət sistemləri - 2 180

179. Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis - 1 340

180. Mexatronika - 2 710

181. Musiqi alətlərinin ustası - 2 336

182. Qida və içki üzrə nəzarətçi - 2 210

183. Rəqəmsal inşaat üzrə mütəxəssis - 1 880

184. Rəqəmsal məzmun idarəçiliyi - 1 860

185. Satış və marketinq - 1 360

186. Suvarma maşınları və nasos qurğuları maşinisti - 2 388

187. Tədbirlərin planlaşdırılması və təşkili - 1 590

188. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər - 2 570

189. Kompüter sistem inzibatçısı - 1 440

190. Geodeziya və kartoqrafiya - 1 650

191. Satınalmaların təşkili - 1 340

192. Qida emalı texnologiyaları - 2 210

193. Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik - 2 200.