Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi Gündəm

Polis əməkdaşlarına silahlı müqavimət göstərən M.Mirzəyev tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Hadisə yerindən "Makarov" markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.