Polşa nümayəndəsi Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirdi

Polşa nümayəndəsi Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirdi Gündəm

Polşa Azərbaycan hökumətinə Dünya Şəhərlər Forumunun 13-cü sessiyasının (WUF13) təşkilinə və forum iştirakçılarının Bakıda səmimi qarşılanmasına görə minnətdarlığını bildirdi.

News24.az xəbər verir ki, bunu Polşa nümayəndə heyətinin təmsilçisi WUF13 çərçivəsində keçirilən nazirlik dəyirmi masasında bəyan edib.

"Polşa bu mühüm konfransın təşkilinə və burada, Bakıda hiss etdiyimiz səmimi qəbula görə Azərbaycan hökumətinə minnətdardır. Biz həmçinin UN-HABITAT-a təşəkkürümüzü bildiririk", - o deyib.

Polşa nümayəndəsi qeyd edib ki, şəhər ərazilərinin dayanıqlı inkişafı və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi məsələləri şəhər əhalisinin artması və sosial-iqtisadi çağırışlar fonunda getdikcə daha böyük əhəmiyyət kəsb edir.

"Yeni şəhər gündəliyi bu baxımdan əla istiqamətverici rolunu oynayır və Polşa onun icmalı çərçivəsində siyasi bəyannamənin həmkoordinatoru kimi çıxış etmək şərəfinə nail olub", - o vurğulayıb.