Prezident İlham Əliyev Corciya Melonini təbrik etdi
Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corciya Melonini İtaliya Respublikası tarixində ən uzun müddət vəzifədə olan Baş nazir olması münasibətilə təbrik edib.
News24.az xəbər verir ki, bununla bağlı dövlət başçısının "X" hesabında paylaşım edilib.
“Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir”, – paylaşımda qeyd edilib.
Dövlət başçısı Corciya Meloninin Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirdiyini vurğulayıb.
“Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”, – paylaşımda bildirilib.