Prezidentin təltif etdiyi Aslanbəyli kimdir? - DOSYE

Prezidentin təltif etdiyi Aslanbəyli kimdir? - DOSYE Gündəm

Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib.

News24.az Bəxtiyar Aslanbəyli haqqında bəzi məlumatları təqdim edir.

Bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə xarici əlaqələr və kommunikasiya vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli enerji sektorunda fəaliyyəti ilə tanınan mütəxəssislərdəndir.

1976-cı il avqustun 7-də anadan olan Aslanbəyli 20 ildən çoxdur bp şirkətində rəhbər vəzifələrdə çalışır. O, şirkətin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda xarici əlaqələr, hökumətlə əlaqələr və kommunikasiya sahələrinə rəhbərlik edir.

Bəxtiyar Aslanbəyli peşəkar fəaliyyətindən əlavə, pedaqoji sahədə də çalışıb, ali məktəblərdə dərs deyib.

Bundan başqa, Aslanbəyli Birləşmiş Krallıq tərəfindən Britaniya İmperiyası Ordeninə də layiq görülüb. (Yenisabah)