Prezidentin təltif etdiyi gənclər – Fotolar

Prezidentin təltif etdiyi gənclər – Fotolar Gündəm

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

News24.az təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir:

Prezident mükafatına layiq görülən gənclərdən biri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.

Prezident Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var.

Mükafata layiq görülən gənclər biri də BDU-nun SABAH qruplarının məzunu Lamiyə Məmmədovadır. O, hazırda Qarabağ Universitetində çalışır

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasında müəllimi Mahmud İsmayılov da təltif olunanlar arasındadır. O, həmçinin “TEKNOFEST Azərbaycan robototexnika” yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir.

Prezident mükafatına layiq görülən gənclər biri də opera ifaçısı Elmina Həsənovadır. O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində “Operalia” müsabiqəsində ikinci yerə çıxıb və “Pepita Embil” mükafatına layiq görülüb.

Təltif olunan gənclərdən biri də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Leyla Həsənovadır.

Azərbaycanın gənc opera müğənniləri nəslinin nümayəndələrindən biri olan Mahir Tağızadə də təltif olunanlar sırasındadır. O, güclü bariton və zəngin səhnə ifaçılığı ilə həm ölkə daxilində, həm də xaricdə tanınır.

Həmin gənclərin siyahısında Sərxan Ağadadaşovun da adı var. O, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Pilotsuz uçuş aparatları” qrupunun qrup rəhbəridir. (Qafqazinfo)