“Qabaqlar bəylə gəlin toyda müqəvva kimi oturardı” – Ayaz Salayev
Gündəm
“Mən dəbdəbəli toy məclislərinin, yas mərasimlərinin tərəfdarıyam. Çünki millətin adət-ənənələri, millətin canı buradadır”.
News24.az xəbər verir ki, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində dəbdəbəli toy və yas mərasimləri ilə bağlı maraqlı fikirlər səsləndirib.
Onun sözlərinə görə, toy mərasimləri tarix, ənənə və müasir həyatın toqquşduğu mühüm mədəni platformadır və zamanla bu sahədə də inkişaf gedir.
Ayaz Salayev qeyd edib ki, bəzi köhnə adətlər zamanla aradan qalxıb və bu, cəmiyyətin inkişafının göstəricisidir. Bununla belə, o vurğulayıb ki, milli adət-ənənələrin itməsi cəmiyyət üçün ciddi mənəvi problemlər yarada bilər.
Daha ətraflı videoda: