Qafqaza hücuma keçdilər: qondarma rejim xəbərdarlıq yaydı

Qafqaza hücuma keçdilər: qondarma rejim xəbərdarlıq yaydı Gündəm

Dron hücumu təhlükəsi səbəbindən Qafqazda bir sıra hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunub.

News24.az xəbər verir ki, bu barədə "Rosaviasiya"nın yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Qroznı, Vladiqafqaz və Maqas hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və buraxmır.

Uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə analoji məhdudiyyətlər Gelendjik və Krasnodar hava limanlarında da qüvvədədir.

Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo bildirib ki, Vladikavkaz hava limanında “Xalça” planı elan olunub. Onun sözlərinə görə, respublika ərazisində dron təhlükəsi ilə bağlı ümumi xəbərdarlıq edilib. Bu səbəbdən mobil rabitə və internet xidmətlərində müvəqqəti fasilələr yarana bilər.//Globalinfo.az