“Qara Cümə” izdihamı - Video

“Qara Cümə” izdihamı - Video Gündəm

Bakıda təşkil olunan “Qara Cümə” endirim kampaniyası yenidən böyük izdihama səbəb olub.

News24.az xəbər verir ki, səhər saatlarından etibarən paytaxtdakı mağazaların qarşısında uzun növbələr yaranıb. Vətəndaşlar xüsusilə geyim, elektronika və məişət məhsullarında tətbiq olunan endirimlərdən yararlanmaq üçün ticarət mərkəzlərinə axışıb.

Qeyd edək ki, “Qara Cümə” (Black Friday) ABŞ-də Şükranlıq Günündən sonrakı ilk cümə günü keçirilən və dünyanın bir çox ölkəsində mağazaların böyük endirimlər tətbiq etdiyi alış-veriş günüdür.