Qarabağ Universitetinə qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ
Gündəm
"Bu il ilk dəfə Xankəndidə qəbul imtahanı keçirəcəyik. Artıq 3 ildir ki, azad olunmuş torpaqlarda buraxılış imtahanları keçirilir".
News24.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) idarə heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
"Məzunların sayı bir o qədər çox deyildi. Ötən il 1200 şagird Qarabağ Universitetinə qəbul oldu.
Bu il isə 1400-dən çox tələbə qəbul edəcəyik. Universitet növbəti 5 ildə Cənubi Qafqazda ən yaxşı universitetlərdən birinə çevriləcək"./Bizim.Media