"Qarabağ"ın oyununda qolu qeyd edərkən zədələnən azarkeşin vəziyyəti - AÇIQLANDI

"Qarabağ"ın oyununda qolu qeyd edərkən zədələnən azarkeşin vəziyyəti - AÇIQLANDI Gündəm

Dünən saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tofiq Bəhramov adına Respublika stadionundan çağırış daxil olub. 

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxsə ilkin tibbi yardım göstərilib və sağ dizin travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Qeyd edək ki, ötən gün "Qarabağ"ın "Kopenhagen"lə qarşılşması zamanı azarkeşlərdən biri tirbunadan yıxılaraq ağır xəsarət almışdı.

Aqil Qarayev