Bakıda hərbi parad başa çatdı - Yeniləndi
Gündəm
Bu gün Azərbaycanda Qələbənin 5 illiyi qeyd olunur.
News24.az xəbər verir ki, paytaxtdakı Zəfər paradını Prezident İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş Naziri Şahbaz Şərif və digər qonaqlar izləyirlər.
Paradda ordumuzun gücü bir daha nümayiş olunur, Vətən uğrunda qəhrəmanlıqlar yad edilir. Bu gün həm qürur, həm də birlik günüdür!
Azərbaycan xalqını təbrik edirik! 5 il əvvəlki zəfər gələcəyimiz üçün ilhamdır!
13:00
Bakının Azadlıq meydanında noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad başa çatıb.