Qərbi Azərbaycan bizimdir - İrandan absurd iddia

Qərbi Azərbaycan bizimdir - İrandan absurd iddia Gündəm

İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə dair hər hansı iddianı qətiyyətlə rədd edir.

News24.az xəbər verir ki, bunu mətbuat konfransında İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

“Bir ölkənin digər ölkəyə qarşı ərazi iddialarını əks etdirən yalan və çaşdırıcı ifadələr bizim üçün qəbuledilməzdir. “Qərbi Azərbaycan” İran İslam Respublikasının coğrafi bölgə adlarından biridir və başqa ölkələr tərəfindən ərazi adı kimi istifadə edilə bilməz”, - səfir bildirib.

O vurğulayıb ki, İranın Ermənistanla bağlı mövqeyi dəyişməz olaraq qalır:

“İran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

Nigar İlyasqızı