Qəzaya uğrayan təyyarə ilə bağlı diqqətçəkən detal: 20 hərbçidən 10-u...
Gündəm
Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində olan 20 hərbçidən 10-nun Amasiyadakı Merzifon 5-ci Əsas Reaktiv (Jet) Bazasında xidmət etdiyi məlum olub.
News24.az-ın məlumatına görə, qəza nəticəsində şəhid olan hərbçilərin bir çoxu Azərbaycan ərazisində vəzifələrini yerinə yetirdikdən sonra Türkiyəyə qayıdarkən təyyarədə olublar.
Hadisə ilə bağlı yayılan məlumatlara görə, şəhid olan hərbçilər arasında baş leytenant Emre Mercan, baş çavuşlar Həmdi Armağan Kaplan, Akın Karakuş, İlker Aykut, Ramazan Yağız, İlhan Ongan, Berkay Karaca, Ahmet Yasir Kuyucu, Cem Dolapçı və Emre Sayın da var.
Qeyd olunur ki, onların hamısı Merzifon 5-ci Əsas Reaktiv Bazada xidmət edən təcrübəli təyyarə texniki heyət üzvləri olublar.