"Qonşu gəlib dedi ki... - Valideynlər 3 azyaşlıdan bu səbəbdən imtina edibmiş...

"Qonşu gəlib dedi ki... - Valideynlər 3 azyaşlıdan bu səbəbdən imtina edibmiş... Gündəm

Xəbər veridyimiz kimi, Tovuz rayonunda valideynlər üç övladından imtina etməsi barədə xəbər yayılıb. Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.

Məsələ ilə bağlı News24.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi ki, qonşu icra hakimiyyətinə müraciət edərək yaxınlıqda yaşayan uşaqların baxımsız vəziyyətdə olduğunu bildirib:

"Qonşulardan birinin müraciəti əsasında aidiyyəti qurumlar məsələni araşdırmaq üçün dərhal hərəkətə keçib. Bunun ardından icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları birlikdə həmin ailəyə baş çəkiblər. Yerində aparılan baxış zamanı uşaqların həqiqətən də baxımsız şəraitdə yaşadığı müəyyən edilib. Dərhal tədbir görülərək azyaşlılar ailədən götürülüb və hüquq-mühafizə orqanlarının müşayiəti ilə xəstəxanaya yerləşdiriliblər. Hazırda onların tibbi müayinələri davam etdirilir, sağlamlıq vəziyyətləri nəzarət altındadır".

Məlumata görə, valideynlərin uşaqlara lazımi qayğı göstərmək imkanı olmayıb. Onların müxtəlif asılılıqlardan əziyyət çəkdiyi, həmçinin ananın səhhətində problemlərin olduğu və bu səbəbdən uşaqlara baxa bilmədiyi bildirilir.