Qonşunun həyətindəki səs-küy narahat edirsə, qanuni nə etmək olar? - CAVAB
Gündəm
Qonşunun həyətindəki səs-küy bizi narahat edirsə, qanuni olaraq nə etmək olar?
News24.az xəbər verir ki, Lent.az -ın "Bir sual, bir cavab" rubrikasında bu məsələyə aydınlıq gətirilib.
Mülki Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.