Qonşusunu yoldan çıxaran keçmiş məhkumun dəhşətli sonu - Şok detallar + Video

Qonşusunu yoldan çıxaran keçmiş məhkumun dəhşətli sonu - Şok detallar + Video Gündəm

Ötən il avqustun 20-də Hövsan qəsəbəsində daşların üzərində kürəyi üstə uzanıqlı, qurşaqdan yuxarı çılpaq vəziyyətdə olan 31 yaşlı Rasim Larionovun meyiti aşkar edilib

RTV cinayət işinin materiallarına istinadən xəbər verir ki, həmin gün şübhəli şəxs qismində onun qonşusu, Bakı şəhər sakini, 50 yaşlı Emil Hüseynov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən Rasim Larionov 2018-ci ildə Nizami rayonu ərazisində soyğunçuluq əməlinə görə saxlanılıb və məhkəmənin hökmü ilə məhkum olunub.

Onun qətli ilə bağlı Suraxanı rayon prokurorluğunda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rasim Larionovun ölümünə — ürəyin və sol ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, Rasim Larionov qonşuluğda yaşayan Emil Hüseynovun yetkinlik yaşma çatmayan, 2011-ci il təvəllüdlü oğlu Məhəmməd Hüseynova valideynlərinə qarşı nifrət yaratması, spirtli içkilərin və qəlyanın qəbulu kimi zərərli vərdişlərin aludəçisi olması, kriminal aləmin qanunları ilə yaşaması kimi əməlləri öyrədib. Emil Hüseynov dəfələrlə Rasim Larionovdan oğlundan əl çəkməsini və tərbiyəsini pozmamasını tələb etsə də, sonuncu buna əhəmiyyət verməyib. Avqustun 20-si saat 18 radələrində Rasim Məhəmmədə deyib ki, aldıqları siqaret və pivənin pulunu mağazadan tələb edirlər. O, Məhəmmədiə atasından 20 manat almaq üçün evə göndərib, özü isə bir qədər aralıda dayanıb, onugözləyib. Bir neçə dəqiqədən sonra Məhəmmədin əmisi Elçin Hüseynov və əmisi oğlu Yusifin Məhəmmədi sorğu-sual etdiklərini görən Rasim Larionov qarşı tərəfə psixoloji təzyiq etmək məqsədilə, əlindəki ülgüclə öz qarın nahiyəsinə xəsarətlər yetirə-yetirə onlara tərəf gəlib və uşağı buraxmalarını tələb edib. Bunu görən Emil Hüseynov mətbəxdən bıçağı götürərək Rasim Larionova yaxınlaşıb və onun döş qəfəsinə zəbələr vurub. Rasim Larionov aldığı yaralardan hadisə yerində ölüb.

Məhkəmə prosesində Emil Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İstintaqda verdiyi ifadəsini təsdiq edərək, qeyd edib ki, cinayəti uşağına görə məcbur qalıb, törədib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Kamilə Əliyeva ifadəsində göstərib ki, Məhəmmədin psixoloji problemləri olub, dəfələrlə onu Rasimdən uzaqlaşdırmağa çalışsalar da, heç nə alınmayıb. O, deyib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti yoxdur.

Bir müddətdən sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsindən məhkəməyə daxil olmuş məktubda bildirilib ki, Emil Hüseynov xəstəlikdən Müalicə Müəssisəsində vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müalicə Müəssisəsində ölən Emil Hüseynovun barəsində CM-nin 120.1-ci maddəsi ilə başlanılan cinayət təqibinə xitam verilib. Onun barəsində seçilmiş həbs tədbiri ləğv edilib.