“Qışqırdılar ki, ölənlər var” - Ata və oğulun FACİƏVİ ölümünün TƏFƏRRÜATI - RTV

“Qışqırdılar ki, ölənlər var” - Ata və oğulun FACİƏVİ ölümünün TƏFƏRRÜATI - RTV Gündəm

Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.

News24.az xəbər verir ki, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyiti tapılıb.

İlkin məlumata görə, ata-oğul mənzilə qazsızması nəticəsində boğularaq vəfat edib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Belə ki, qızdırıcıdan ayrılan qaz mənzilin otaqlarına dolub. Bu zaman 13 yaşlı Kamran və atası 53 yaşlı Əbülfəz zəhərlənərək ölüb. Kamranın qardaşı 21 yaşlı Nurlan isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin RTV-yə verdiyi məlumata görə, həm ata, həm də həyatını itirən oğlu sakit təbiətli, ətrafdakılar tərəfindən hörmətlə qarşılanan insanlar olublar.

Ətraflı RTV-nin sujetində: